Filippinin cənubunda baş verən zəlzələ nəticəsində bir nəfər ölüb

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "ABS-CBN News" televiziya kanalı xəbər verib.

Yeraltı təkanlar General Santos şəhərində bir neçə binanın uçmasına səbəb olub.

"Bir çox binaya ziyan dəyib, amma hazırda neçə binaya ziyan dəydiyini deyə bilmərəm; biz xilasetmə əməliyyatları ilə məşğuluq", - deyə yerli polisin nümayəndəsi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31