Ursula fon der Leyen Qərbi Balkan ölkələrinə yeni maliyyə vədi verdi – ÖZƏL
15:28 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Monteneqroda keçirilən Aİ-Qərbi Balkanlar sammitində həm ittifaq ölkələrini, həm də üzvlüyə namizəd dövlətləri əhali arasında Avropa İttifaqının genişlənməsinin üstünlüklərini daha fəal şəkildə təbliğ etməyə çağırıb. O bildirib ki, genişlənmə prosesi regionda daha çox təhlükəsizlik, rifah və Avropanın dünyadaki təsirinin artması deməkdir.
Qərbi Balkan ölkələrinə yarım milyard avrodan çox yeni maliyyə tranşı vəd edən AK sədri, onların birliyə qəbulunun sürətləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Eyni zamanda, fon der Leyen Almaniya, Fransa və Avropa İttifaqı Şurasının sədri Antoniu Koştanın yeni ölkələrin qəbulu prosesini, o cümlədən onların Aİ strukturlarına mərhələli şəkildə qoşulmasını sadələşdirmək barədə təklifini maraqlı adlandırıb və bu mövzunun müzakirə ediləcəyini qeyd edib.