Omanın Mina əl-Fəhal neft terminalı normal fəaliyyətə başlayıb- ÖZƏL
14:11 DünyaOlaylar.az xəbər verir ki, Oman Xəbər Agentliyi (ONA) "Petroleum Development Oman"a istinadən bildirib ki, Omanın böyük neft terminalının yerləşdiyi Mina əl-Fəhal limanında əməliyyatlar normal davam edir .
Daha əvvəl Reuters mənbələrə istinadən Mina əl-Fəhal terminalında neftin yüklənməsinin partlayışdan sonra dayandırıldığını bildirmişdi . Agentliyin mənbələrinə görə, səbəb dron hücumu ola bilər. Sultanlıq hakimiyyəti hələlik partlayışla bağlı şərh verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31