Peskov: Putin Qərblə dialoqa açıqdır- ÖZƏL
13:05 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Qərb ölkələri ilə dialoqa açıqdır. Olaylar.az xəbər verir ki, Peskovun sözlərinə görə, Avropa ölkələri Rusiya ilə münasibətləri bərpa etmək və ya dialoq qurmaq istəyirlərsə, bunun üçün əlavə vasitələrə ehtiyac yoxdur.
"Putin Qərblə dialoqa açıqdır. Avropalıların sadəcə telefonu götürüb nömrəni yığması kifayətdir",- deyə Kremlin sözçüsü vurğulayıb. O, həmçinin qeyd edib ki, Moskva qarşılıqlı maraq və hörmət əsasında qurulan təmaslara hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31