Ermənistan qaz üçün əlavə 1 milyard dollar tapmaq məcburiyyətində qala bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bəyan edib ki, dünya bazarında qiymətlərin artması fonunda Ermənistan qaz idxalı üçün əlavə maliyyə vəsaiti tapmalı olacaq. Hazırda Ermənistanın Rusiyadan min kubmetrini 177,5 dollara aldığı qazın birja qiymətləri 600-800 dollar arasında dəyişir. 

Şevtsovun sözlərinə görə, ölkənin Rusiyadan illik 2,3 milyard kubmetr qaz idxal etdiyini nəzərə alsaq, real bazar qiymətlərinə keçid zamanı Ermənistan büdcəsindən ən azı 1 milyard dollar, bəlkə də daha çox əlavə vəsaitin ayrılması tələb olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31