ABŞ-nin yeni sanksiyaları Avropa şirkətlərini Kubadan çıxmağa məcbur edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Kuba dövlət strukturları ilə əməkdaşlıq edən xarici müəssisələrə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra bəzi Avropa şirkətləri adadakı fəaliyyətlərini dayandırmağa başlayıb. "Politico" nəşrinin yaydığı məlumata görə, yeni məhdudiyyətlər Kubanın "Grupo de Administración Empresarial S.A." (GAESA) konqlemeratı ilə iş quran şirkətləri hədəf alır. 

ABŞ-nin maliyyə sistemindən məhrum olmaq və aktivlərinin dondurulması riski ilə üzləşən İspaniyanın "Iberostar" və "Melia" otel şəbəkələri Kubadakı bir sıra obyektlərin idarəçiliyindən imtina edib. Eyni zamanda, Fransanın "CMA CGM" və Almaniyanın "Hapag-Lloyd" logistika nəhəngləri də Kuba limanlarına yük daşımalarını dayandırıb. Avropa müəssisələri sanksiyaların mənfi iqtisadi fəsadlarından qorunmaq üçün Kubadakı fəaliyyətlərini sürətlə məhdudlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31