ABŞ ilə əməkdaşlıq regionumuz üçün tamamilə başqa perspektivlər açır- ÖZƏL

"Biz ilk vaxt Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətləri qurmamışdıq. Biz həmişə konstruktiv yanaşma ilə bağlı öz münasibətlərimizi göstərmişik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclidin deputatı Səməd Seyidov deyib: "Bu gün isə tam əksinədir. Bu gün isə Azərbaycanla bir yerdə Trampın, bir yerdə hansısa bir ümumi tədbirdə yox böyük müvəffəqiyyətlər çərçivəsində iştirakı tamamilə başqa bir mənzərə yaradır. Nədir bunun səbəbi? Yeni reallıq. Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət. Azərbaycan xalqının Prezidentimizin rəhbərliyi altında əldə etdiyi nailiyyətlər. Bunlar hamısı dünyanı faktiki tamamilə başqa bir  mərhələyə yüksəltmişdir və dünyanın cavab verə bilmədiyi suallara cavab vermişdir. Bu gün Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıq yalnız Azərbaycan üçün yox, regionumuz üçün tamamilə başqa perspektivlər açır. Heç də təsadüfi deyil ki, Ermənistana Amerika Birləşmiş Ştatlarının rəsmiləri gəlir, əlaqələr qururlar. Onlar bu əlaqələri Azərbaycanın qabiliyyəti əsasında, qalibiyyəti əsasında qurmağa nail olurlar."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31