Gürcüstan "3+3" formatlı regional platformanın Sankt-Peterburq görüşündən imtina edib – ÖZƏL
10:10 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan tərəfi Sankt-Peterburqda keçiriləcək "3+3" formatlı regional əməkdaşlıq platformasının ilk ekspert görüşündə iştirak etməyəcək. Ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bəyan edib və indiyədək sözügedən formatın heç bir toplantısına qatılmayıb.
Xatırladaq ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Cənubi Qafqaz ölkələri (Azərbaycan, Ermənistan, Gürcüstan) və regionun üç böyük dövlətinin (Rusiya, Türkiyə, İran) iştirakını nəzərdə tutan "3+3" platformasının ilk ekspert görüşünün keçiriləcəyini və burada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin də iştirak edəcəyini bildirmişdi.