Rusiya Ermənistanı hədələdi

Rusiya, Ermənistan Avropa İttifaqına yaxınlaşmanı davam etdirərsə, İrəvana Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində və ikitərəfli razılaşmalar üzrə dəstəyini dayandıra bilər.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, Ermənistanda keçiriləcək seçkilərdə Avropayönlü qüvvələr qalib gələrsə, Moskva müvafiq tədbirlər görəcək.

Overçuk vurğulayıb ki, Rusiya öz gələcəyini Avropa İttifaqında görən ölkəni maliyyə baxımından dəstəkləmək niyyətində deyil. Belə ki, onun sözlərinə görə, Aİ Rusiya ilə müharibəyə hazırlaşır.

"Biz nə edək?! Sabah bəlkə də bizimlə müharibə aparacaq kəslərə pul verək?!", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31