Türkiyədə üç məşhurun narkotik testinin nəticələri AÇIQLANDI
11:34 DünyaTürkiyədə aparılan narkotik istintaqı çərçivəsində məşhurlardan götürülən nümunələr üzrə Məhkəmə Tibbi Ekspertiza İnstitutunun (ATK) hesabatları tamamlanıb.
Milli.Az xəbər verir ki, hesabata əsasən, aktyor Onur Tuna, sosial media fenomeni Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanlar barədə aparılan analizlər müsbət nəticə verib.
Məhkəmə Tibbi Ekspertiza İnstitutunun məlumatına görə, Onur Tuna və Özgür Deniz Cellatın qan, sidik və saç nümunələrində kannabisin aktiv maddəsinin metaboliti olan THC-COOH aşkar edilib. Zehra Hanzade Gürkanların analizlərində isə kokain və onun metabolitlərinin izlərinə rast gəlinib.
İstintaq çərçivəsində adı keçən müğənni Berkay Şahin, jurnalist Mirgün Sırrı Cabas, həmçinin Tuğçe Postoğlu və Cansu Tekin barədə aparılan testlərin nəticəsi isə mənfi olub. Prokurorluq tərəfindən istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.