Deputat: Aİ-nin Ukraynaya vəd etdiyi 90 milyard avroluq kredit “kağız pələng”ə çevrilir - ÖZƏL
18:43 DünyaAvropa İttifaqının (Aİ) Ukraynaya vəd etdiyi 90 milyard avro həcmində kredit getdikcə daha çox "kağız pələng" təsiri bağışlayır. Olaylar.az xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski səsləndirib.
Deputat özünün "Telegram" kanalında yazıb ki, hazırda kredit məbləğinin cəmi 8,35 milyard avrosunun büdcə dəstəyi kimi ayrılması məlumdur. Onun sözlərinə görə, bu vəsait ümumi kredit məbləğinin yalnız 9,25 faizini təşkil edir və sərt şərtlər, o cümlədən vergilərin artırılması tələbi ilə təqdim olunur.
Dubinski bildirib ki, ilkin mərhələdə Volodimir Zelenskiyə kredit paketinin tərkibində birbaşa büdcə dəstəyi kimi 16,7 milyard avro vəd edilmişdi. Lakin deputatın iddiasına görə, növbəti 8,35 milyard avroluq tranşın alınması üçün Ukrayna Baş Prokurorluğu və Dövlət İstintaq Bürosu üzərində nəzarətin verilməsi tələb olunur.
Onun fikrincə, bu şərtlər Zelenski hakimiyyətinin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və ölkə rəhbərliyini daha zəif vəziyyətə salır.