Rusiya: “Aİ Ermənistanı Rus Pravoslav Kilsəsini ölkədən sıxışdırıb çıxarmağa məcbur edir" – ÖZƏL
12:09 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı məlumata görə, Avropa İttifaqı rəhbərliyi Ermənistanın avrointeqrasiyası üçün rəsmi İrəvandan Moskva ilə çoxəsrlik dini-mənəvi əlaqələri tamamilə qırmağı və Rus Pravoslav Kilsəsini (RPK) ölkədən sıxışdırıb çıxarmağı tələb edir.
Bildirilir ki, cari ilin aprelində yaradılmış Aİ-nin Ermənistandakı Tərəfdaşlıq Missiyası RPK-nın İrəvan-Ermənistan yeparxiyasını kilsə əmlakından istifadə hüququndan məhrum etməyə və onun Erməni Həvari Kilsəsi ilə dialoqunu bloklamağa çalışır. SVR-nin iddiasına görə, Qərb tərəfindən maliyyələşən yerli QHT-lər Rusiya hərbi bazasındakı kilsənin keşişi Timofey Kazaryanı iyunun 7-nə təyin edilmiş parlament seçkilərinə müdaxilədə ittiham ediblər. Rusiya kəşfiyyatı bəyan edib ki, Avropa rəsmiləri Ermənistan hakimiyyətini kilsəyə qarşı təqiblərə başlamağa sövq etmək üçün digər din xadimlərinə qarşı da kompromatlar hazırlayır.