Avstraliya Ukrayna Silahlı Qüvvələrinin təlim proqramını Britaniyadan Polşaya köçürəcək- ÖZƏL

Avstraliya hərbi qulluqçuları Ukrayna qoşunlarına təlim keçmək üçün Polşaya göndəriləcək. Olaylar.az xəbər verir ki, bu barədə Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marles məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ilin ikinci yarısından etibarən Avstraliya Müdafiə Qüvvələrinin şəxsi heyəti "Polşada Ukrayna hərbi heyətinə təlim keçəcək Norveçin rəhbərlik etdiyi Legio Əməliyyatına qoşulacaq".
Marlesin aydınlaşdırdığı kimi, bu Avstraliya hərbi missiyası "2023-cü ilin yanvar ayından bəri Böyük Britaniyada Ukrayna hərbi heyətinin təliminə cəlb edilmiş avstraliyalı təlimatçıların iştirak etdiyi Kudu əməliyyatının davamı" olacaq. "Bu iş artıq Ukrayna sərhədlərinə daha yaxın yerdə aparılacaq", - deyə o bildirib.
Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, avstraliyalı təlimatçılar Kudu əməliyyatı çərçivəsində 3600-dən çox Ukrayna hərbçisinə təlim keçiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31