ABŞ İrana və onun aktivlərinə sanksiyaları ləğv etməyəcək
10:40 DünyaABŞ anlaşma imzalanması üçün bonus olaraq İran aktivlərini Tehrana qaytarmaq, yaxud İrana qarşı sanksiyaları aradan qaldırmaq niyyətində deyil.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin dinləmələri zamanı deyib.
"Hər şey şərtlərdən asılı olacaq. Bu o deməkdir ki, ABŞ-dan heç bir imza bonusu, heç bir xoşməramlı jest olmayacaq. Əlbəttə ki, bu vəsaitlər proksi qüvvələrin maliyyələşdirilməsi üçün istifadə olunarsa, onlar geri qaytarılmayacaq", - Rubio bildirib.
O əlavə edib ki, ABŞ məhdudiyyətlərinin mümkün ləğvi kontekstində "Tehranın nüvə proqramı ilə birbaşa əlaqəli xüsusi sanksiyalar" müzakirə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31