Tramp yaxın zamanda Ankaraya səfər edəcək - Türkiyə XİN

ABŞ Prezidenti Donald Tramp iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır.

Olaylar xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan təsdiqləyib.

Onun sözlərinə görə, Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla son telefon danışıqları zamanı alyans liderlərinin görüşündə şəxsən iştirak etmək niyyətini dəfələrlə təsdiqləyib.

Türkiyə diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, ABŞ NATO qarşısındakı öhdəliklərinə sadiq qalır və müttəfiqləri müdafiə xərclərini artırmağa çağırmağa davam edir. Bundan əlavə, o, Ankaranın Vaşinqton və Tehran arasında aparılan danışıqlar prosesini dəstəklədiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31