ABŞ Müdafiə Nazirliyindən media ilə bağlı sərt qərar
16:12 DünyaPentaqon jurnalistlərin mətbuat mərkəzinə girişini məhdudlaşdırıb.
Milli.Az xəbər verir ki, "The Washington Post"un məlumatına görə, bu qərar mətbuat xidmətində məxfi məlumatlarla işləyən əməkdaşların yerləşdirilməsi ilə əlaqədar qəbul edilib.
Pentaqon rəsmisi Coel Valdes bildirib ki, təhlükəsizlik səbəbindən jurnalistlər artıq bu bölməyə sərbəst daxil ola bilməyəcəklər. Onun sözlərinə görə, media nümayəndələrinin rəsmilərlə görüşü yalnız əvvəlcədən razılaşdırıldıqdan sonra mümkün olacaq.
Qeyd edək ki, bundan əvvəl də jurnalistlərin Pentaqon daxilində müşayiətsiz hərəkətinə məhdudiyyət tətbiq edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31