Orbanın partiyası yeni Macarıstan hökumətini Ukrayna münaqişəsində bitərəf qalmağa çağırdı-ÖZƏL

Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyası yeni hökuməti Rusiya ilə Ukrayna arasındakı münaqişədə neytral qalmağa çağırıb. Çağırışa səbəb Ukrayna Silahlı Qüvvələrinin Starobilskdəki kollecə hücumu və Rusiyanın hücuma cavabı olub.
Olaylar.az xəbər verir ki, partiyanın saytında dərc olunmuş bəyanatda deyilir: "Rusiya kollecinin bombalanması və Rusiyanın cavab tədbirləri Ukrayna ilə həmsərhəd ölkələr də daxil olmaqla, bütün region üçün artan təhlükə yaradır. Fidesz Macarıstan hökumətini Orban hökumətinin sülh siyasətinə riayət etməyə və Rusiya-Ukrayna müharibəsində neytrallığı qorumağa çağırır. Neytrallıqdan imtina Macarıstanın və macar ailələrinin təhlükəsizliyinə ciddi təhdid yaradacaq".
Orban əvvəllər Peter Magyarın rəhbərlik etdiyi yeni hökumətə qonşu ölkədə davam edən münaqişədə neytrallığı qorumağı xahiş etmişdi. Keçən həftə keçmiş baş nazir Rumıniyanın Qalatsi şəhərində baş verən hadisədən narahat idi. Hadisə nəticəsində iki nəfər yaralanıb və pilotsuz təyyarə yaşayış binasına dəyib. Buxarest hadisəyə görə Moskvanı günahlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31