Uruşadze: Kaxa Kaladzenin idarəçiliyi iflasa uğrayıb və Tbilisinin 16 milyard larisi talanıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının antikorrupsiya istiqaməti üzrə katibi Vaso Uruşadze keçirdiyi brifinqdə Tbilisi meri Kaxa Kaladzeni paytaxt sakinlərini aldatmaqda və şəhərin büdcəsini mənimsəməkdə ittiham edib. 

Uruşadzenin sözlərinə görə, Kaladzenin mer vəzifəsində olduğu 2017-ci ildən bəri Tbilisi sakinlərinin 16 milyard lari (təxminən 6 milyard dollar) vəsaiti səmərəsiz xərclənib və korrupsiyaya qurban gedib. O, paytaxtda tıxac, parklanma, ictimai nəqliyyat və infrastruktur problemlərinin hələ də həll olunmadığını bildirərək, bu məsələ ilə bağlı genişmiqyaslı araşdırmanın başladılmasının vacibliyini vurğulayıb.

Müxalifət rəsmisi qeyd edib ki, Kaladzenin meriya tərəfindən paytaxt sakinlərinə vəd edilən körpülərin, estakadaların tikintisi və tramvay layihəsi də daxil olmaqla, ümumilikdə 22 mühüm layihədən heç biri icra olunmayıb. Uruşadze merin dünənki bəyanatlarında bu layihələrə ehtiyac olmadığını iddia etməsini böyük bir yalan adlandırıb. Onun sözlərinə görə, hazırkı şəhər rəhbərliyinin yeganə bacardığı iş sakinləri hər gün cərimələrlə terror etmək, toplanan vəsaitləri isə öz şəxsi rahatlıqları üçün mənimsəməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31