BƏƏ: Yaxın Şərq ölkələri İranın ambisiyalarının bədəlini ödəməməlidir- ÖZƏL

Birləşmiş Ərəb Əmirlikləri İranın regiondakı ambisiyalarının Yaxın Şərq ölkələrinin təhlükəsizliyi və sabitliyi hesabına həyata keçirilməməli olduğunu bəyan edib.
BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş bildirib ki, Fars körfəzi ölkələrindən tutmuş Yəmən, Livan və İraqa qədər bütün region İranın şişirdilmiş regional ambisiyalarının bədəlini ödəyir.
Olaylar.az xəbər verir ki, o vurğulayıb ki, Yaxın Şərqdə beynəlxalq münasibətlər sisteminə yenidən baxılması zəruridir və bu proses dövlətlərin suverenliyinə hörmət, mehriban qonşuluq və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31