ABŞ Avropada nüvə arsenalının coğrafiyasını genişləndirməyi nəzərdən keçirir – ÖZƏL
11:15 DünyaABŞ müttəfiqlərinin təhlükəsizlik təminatlarına olan inamını artırmaq məqsədilə NATO çərçivəsində öz nüvə arsenalının Avropa ölkələrində yerləşdirilməsi imkanlarını araşdırır.
Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, Vaşinqton hazırda nüvə silahı daşıyıcılarını qəbul edən altı ölkənin hüdudlarından kənarda da əlavə qüvvələr, xüsusilə həm adi, həm də nüvə tapşırıqlarını yerinə yetirə bilən ikili təyinatlı təyyarələr yerləşdirməyə hazır olduğunu nümayiş etdirib. Bu addıma daha çox Rusiya sərhədlərinə yaxın olan Baltikyanı və Şərqi Avropa ölkələri, o cümlədən Polşa böyük maraq göstərir və hazırda bu istiqamətdə danışıqlar davam edir.
Digər tərəfdən, Rusiya və Çin Avropada nüvə mövcudluğunun genişləndirilməsi planlarından narahatlıqlarını ifadə edərək tərəfləri təmkinli olmağa və Beynəlxalq Atom Enerjisi Agentliyinin diqqətini bu təşəbbüslərə yönəltməyə çağırıblar.