İspaniya Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil- ÖZƏL

İspaniya hökuməti krallığın Hörmüz boğazında münaqişəni gərginləşdirə biləcək hər hansı hərbi əməliyyatda iştirakı ehtimalını istisna edib. Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Britaniyanın Financial Times (FT) qəzetinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Madrid "gərginləşməyə səbəb ola biləcək heç bir hərəkətdə iştirak etməyəcək". Albarez, təklif olunan ABŞ-İran razılaşması baş tutmazsa, İspaniya hərbi qüvvələrinin Hörmüz boğazının təhlükəsizliyini təmin etmək missiyasında iştirakının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib. Nazir əlavə edib ki, "Biz inanırıq ki, bu böhranın hərbi həlli yoxdur".

Nəşrin mənbəsinin qeyd etdiyi kimi, qlobal nizamda beynəlxalq hüquqa, dövlət suverenliyinə və BMT Nizamnaməsinə əsaslanan düşüncə tərzinə sahib olanlarla "cəngəllik qanununu", yəni "xarici siyasətin əvəzi olaraq xaos, zorakılıq və müharibəni" seçənlər arasında fundamental bir uçurum yaranır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31