İran və ABŞ mümkün sülh sazişinin dəstəklənməsini müzakirə edir – ÖZƏL
13:37 Dünyaİran və ABŞ müharibənin dayandırılmasına dair mümkün sazişə sənədin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə möhkəmləndirilməsini nəzərdə tutan bəndin daxil edilməsini müzakirə edirlər.
Olaylar.az xəbər verir ki, "Mehrnews"un məlumatına görə, bunu İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib. O qeyd edib ki, hazırda müzakirə olunan 14 ümumi bənd arasında hüquqi müdafiənin təmin edilməsi üçün sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasını alması təklifi də yer alır.
Bəqai, həmçinin Livanda atəşkəsin əldə olunmasının müharibənin dayandırılmasına dair hər hansı bir razılaşmanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31