Xameneinin yeni planı: Hədəf müsəlman ölkələridir
12:00 Dünyaİranın Ali Rəhbəri Müctəba Xamenei Yaxın Şərqdə ABŞ-ın təsirinə qarşı regional koalisiya yaratmaq məqsədilə geniş siyasi və ideoloji kampaniyaya başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, təşəbbüsün məqsədi müsəlman ölkələrini İranın dəstəklədiyi "yeni İslam sivilizasiyası" ideyası ətrafında bir araya gətirməkdir:
"Xameneinin sosial media hesabındakı müraciətində region xalqlarının ortaq maraqlarının qorunmasının və yeni regional nizamın formalaşdırılmasının vacibliyi vurğulanıb. O, müsəlman ölkələrini daha sıx əməkdaşlığa çağıraraq bildirib ki, ABŞ artıq Qərbi Asiyada əvvəlki kimi sərbəst hərbi mövcudluq saxlaya bilməyəcək.
Müşahidəçilərin fikrincə, bu addımlar Vaşinqtonun İsrail ilə ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüslərinə cavab xarakteri daşıyır".