Kremldən İrəvana gözlənilməz diplomatik jest: Putin Paşinyana təcili məktub göndərdi!
11:20 DünyaRusiya ilə Ermənistan arasında geosiyasi münasibətlərin kəskinləşdiyi və qarşılıqlı ittihamların səsləndiyi bir vaxtda, Rusiya Prezidenti Vladimir Putindən rəsmi İrəvana gözlənilməz və diqqətçəkən bir addım gəlib.
Musavat.com xəbər verir ki, Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanı ad günü münasibətilə şəxsən təbrik edib.
Kremlin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, Vladimir Putin erməni həmkarına ünvanladığı təbrik məktubunda iki ölkə arasındakı bağlara toxunaraq xüsusi mesajlar verib.
Rusiya Prezidenti məktubunda "Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər ənənəvi olaraq dostluq xarakteri daşıyır. Və biz bu münasibətlərin gələcəkdə də ardıcıl şəkildə inkişaf etməsində maraqlıyıq" ifadələrini işlədib.
Siyasi analitiklər Putinin bu diplomatik təbrikini Moskva ilə İrəvan arasında tamamilə qopmaq üzrə olan iqtisadi və siyasi əlaqələri qoruyub saxlamaq və Ermənistan rəhbərliyinə Kremlin bölgədəki maraqlarını xatırlatmaq üçün atılmış strateji bir gediş kimi qiymətləndirirlər.