Nika Qvaramiya: "Təzyiqlərə boyun əyməyəcəyəm" – ÖZƏL
10:28 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın "Müxalifət Alyansı"nın liderlərindən biri Nika Qvaramiya sosial şəbəkədə bəyanat yayaraq, hazırda müxalifət daxilində xoşagəlməz və zərərli proseslərin getdiyini bildirib.
O, alyansın yaradılması üçün keçirilən ağır danışıqlardan, 2 aylıq çətin xidmətdən və 26 mayda xalqdan gələn böyük dəstəkdən sonra belə bir qeyri-rasional vəziyyətin yaranacağını gözləmədiyini vurğulayıb.
Qvaramiya mövcud böhrana qarşı yaxın günlərdə cavab addımlarının və qərarların olacağını, lakin komandası və koalisiya tərəfdaşları qarşısında məsuliyyət daşıdığı üçün tələsik qərar verməyəcəyini qeyd edib.
"Heç kimin könlünü xoş eləmək üçün addım atan deyiləm. Mənə qarşı edilən mənəvi və ya informasiya hücumlarına boyun əyməyəcəyəm. Vətənin bu çətin günündə məsuliyyətli bir vətənpərvər kimi rasional davranacağam. Qışqırıq və hay-küylə qazanılan döyüşlərə inanmıram", - deyə Qvaramiya vurğulayıb.