Vaşinqtonla gizli sövdələşmə masası darmadağın oldu-İrandan ismarıc
16:16 Dünyaİran ilə Amerika Birləşmiş Ştatları arasında pərdəarxası aparılan nüvə və maliyyə danışıqlarında gərginlik ən pik həddə çatıb.
Musavat.com xəbər verir ki, İran İslam Şurası Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf dövlət televiziyası vasitəsilə xalqa müraciətində Vaşinqtonla gözlənilən böyük sazişin taleyini sual altına qoyan olduqca sərt bəyanatlar səsləndirib.
Parlament spikeri İranın milli maraqları və hüquqları tam təmin olunmayana qədər Ağ Evlə heç bir şərt altında sövdələşməyə getməyəcəklərini vurğulayaraq, "İran xalqının hüquqlarının tam qorunduğuna yüz faiz əmin olmayınca, ABŞ ilə heç bir sazişi rəsmən təsdiqləməyəcəyik",- deyə bildirib.
Qalibaf Ağ Evin və digər qərb dairələrinin İrana qarşı yeni növ gizli müharibə strategiyasına keçdiyini idarə edərək, düşmənin hərbi müstəvidə aldığı ağır məğlubiyyətlərin əvəzini çıxmaq istədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qarşı tərəf iqtisadi sanksiyalar, blokadalar və xüsusi informasiya kampaniyaları vasitəsilə İranda daxili iğtişaşlar yaratmağa, ölkənin birliyini sarsıtmağa və Tehranı rəsmən təslim olmağa məcbur etməyə çalışır.
Vaşinqtonun bu siyasətini "əbəs bir xəyal və böyük yanlışlıq" adlandıran İranın parlament rəhbəri, daxili sarsılmaz birliyi qorumaqla Qərbin bu iqtisadi və psixoloji hücumlarını tamamilə iflasa uğradacaqlarını bəyan edib.