Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
16:10 DünyaTürkiyənin Qiresun vilayətindəki Qara dəniz sahili güclü yağışlardan sonra qəhvəyi rəngə boyanıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin "Habertürk" telekanalı xəbər verib.
Məlumata əsasən, Qara dənizə axan çaylardan gələn yağış sularının təsiri nəticəsində sahilyanı ərazilərdə suyun rəngi dəyişib.
Suyun rəngindəki dəyişiklik Qara dənizə tökülən Aksu və Batlama çaylarının mənsəblərində müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31