Əri və qayınanası indi saxlanıldı: 34 il əvvəl öldürülən qadının qalıqları TAPILDI

ABŞ-də 1992-ci ildə itkin düşən və öldürülən Anna Menninqin qalıqları aşkarlanıb.

Qadının qalıqları yoxa çıxmasından 34 il sonra, həmçinin əri Antoni Menninq və onun anası Barbara Menninqin saxlanılmasından cəmi beş gün sonra tapılıb. Onlara mayın 20-də qətl, meyit üzərində təhqiredici hərəkətlər və sübutların saxtalaşdırılması maddələri ilə ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, ana-oğul hüquq-mühafizə orqanlarına meyitin yerləşdiyi yeri göstəriblər. Hazırda hər iki şəxs istintaq davam etdiyi müddətdə dairə həbsxanasında saxlanılır.

Bildirilir ki, Sprinq Velli-Roud ərazisi hələ 2016-cı ildə polis tərəfindən axtarılsa da, həmin vaxt hər hansı sübut aşkarlanmayıb.

Anna Menninq 1992-ci il noyabrın 19-da itkin düşüb. Lakin onun yoxa çıxması ilə bağlı rəsmi müraciət polisə yalnız 1994-cü il fevralın 25-də daxil olub./Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31