İranın qarşısına 4 tələb qoyuldu – Tramp Qərar Otağına keçdi
20:08 DünyaABŞ və İran arasında mümkün razılaşma ilə bağlı müzakirələr yeni mərhələyə daxil olub.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı bəyanatda Tehranın yerinə yetirməli olduğu əsas şərtləri açıqlayıb.
Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacağını qəbul etməlidir. Onun sözlərinə görə, Hörmüz boğazı dərhal açılmalı, hər iki istiqamətdə məhdudiyyətsiz gəmiçilik təmin edilməli və heç bir rüsum tətbiq olunmamalıdır.
ABŞ prezidenti həmçinin bəyan edib ki, boğazda mövcud ola biləcək bütün dəniz minaları zərərsizləşdirilməli və ya məhv edilməlidir. O qeyd edib ki, ABŞ qüvvələri artıq çoxsaylı minaları sıradan çıxarıb.
Trampın açıqladığı digər şərtə görə, İranın zənginləşdirilmiş nüvə materialı Beynəlxalq Atom Enerjisi Agentliyinin iştirakı ilə ABŞ və İran arasında koordinasiya şəraitində çıxarılaraq məhv edilməlidir.
ABŞ prezidenti əlavə edib ki, əlavə qərara qədər heç bir maliyyə vəsaiti köçürülməyəcək. Onun sözlərinə görə, digər məsələlər üzrə artıq razılıq əldə olunub.
Tramp sonda yekun qərarın qəbulu üçün qərar otağına yollandığını bildirib.