Rusiyada Ermənistan istehsalı suyun satışı dayandırıldı
12:47 DünyaRusiyanın istehlakçı hüquqlarına nəzarət qurumu məhsullarda aşkar edilən uyğunsuzluqlara görə daha 64,5 milyon ədəd "Cermuk" mineral suyunun satışını dayandırıb.
Məlumata görə, yoxlamalar zamanı məhsullarda icazə verilən normadan artıq bikarbonat ionları, xloridlər və sulfatlar aşkarlanıb.
Rəsmilər bildiriblər ki, bu vəziyyət istehlakçılarda suyun müalicəvi xüsusiyyətləri ilə bağlı yanlış təsəvvür yarada və sağlamlıq üçün risk daşıya bilər.
Qərar əsasında məhsulların satışı etiketləmə və izləmə sistemi vasitəsilə bloklanıb.
Qeyd olunub ki, bu, "Cermuk" markasına qarşı tətbiq edilən ilk məhdudiyyət deyil. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31