ABŞ-nin İrandakı hərbi xərcləri AÇIQLANDI - HƏR GÜN ARTIR

ABŞ-nin İrandakı hərbi əməliyyatlara xərclədiyi vəsaitin həcmi 95,2 milyard dolları keçib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Iran War Cost Tracker" portalında yer alıb.

Portalın real vaxt rejimində fəaliyyət göstərən sayğacı Pentaqonun martın 10-da ABŞ Konqresi üçün keçirdiyi brifinqə əsaslanır. Həmin brifinqdə qeyd olunurdu ki, Yaxın Şərqdəki hərbi əməliyyatların ilk altı günündə Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin davam etdiyi hər növbəti gün üçün daha 1 milyard dollar xərcləməyi planlaşdırır.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ən böyük şəhərləri, o cümlədən paytaxt Tehran zərbələrə məruz qalıb.

Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı qisas əməliyyatına başladığını bəyan edib. Eyni zamanda, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də zərbələr endirilib.

İran rəhbərliyi həmçinin ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən digər ölkələrlə əlaqəli gəmilərin keçidi üçün Hörmüz boğazını bağlamaq barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31