Hindistanda körpü uçub - çox sayda ölən var
12:08 DünyaHindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında tikilməkdə olan körpünün bir hissəsinin uçması nəticəsində azı altı nəfər həyatını itirib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölənlərin hamsı tikinti sahəsində çalışan işçilər olub.
Bildirilir ki, körpünün bir hissəsinin uçması güclü fırtınadan sonra baş verib. Dağıntılar altında insanların ola biləcəyi istisna edilmir.
Hadisə yerində xilasetmə briqadaları işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31