Paşinyan: "Ermənistan özü silah ixrac edir" – ÖZƏL
15:38 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kotayk vilayətində seçkiqabağı təşviqat kampaniyası zamanı ölkəsinin hərbi-sənaye kompleksindəki dəyişikliklərdən danışıb. O bildirib ki, 2017-ci illə müqayisədə elm sahəsinin maliyyələşdirilməsi 2,7 dəfə, elm adamlarının maaşları isə 100-300% artırılıb.
Paşinyanın sözlərinə görə, hökumət hərbi-sənaye kompleksinə 170 milyard dram vəsait ayırıb və bunun nəticəsində Ermənistan hazırda müasir silahlar istehsal edərək xaricə ixrac edir. Baş nazir silah tədarükü mənbələrinin diversifikasiya olunduğunu, artıq bir-iki deyil, altı-yeddi ölkədən silah alındığını və ölkəyə məxsus "Su-25" hücum təyyarələrinin modernləşdirildiyini də vurğulayıb. İstehsal olunan və xaricdən alınan həmin müasir texnikaların mayın 28-də İrəvanda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi bildirilib.