İranda beynəlxalq internetə çıxış bərpa olunur
14:26 DünyaNövbəti sutka ərzində İran vətəndaşlarının beynəlxalq internetə çıxışı tam bərpa olunacaq.
Trend-in məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Ehsan Çitsaz yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda beynəlxalq internetə çıxışla əlaqədar ilkin addımlar atılıb və tədricən internet əlaqəsi qurulacaq.
Qeyd edək ki, ötən axşam İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İran Prezidenti Məsud Pezeşkianın internetə çıxışın bərpa olunması ilə əlaqədar qərarı təsdiqlədiyini bildirib.
Əlavə edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumlarından sonra İranda beynəlxalq internetə çıxışa məhdudiyyət tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31