Paşinyan: "300 min azərbaycanlının Ermənistana qayıtması mövzusunu qəti olaraq bağlamışıq" – ÖZƏL
14:08 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kotayk vilayətinin Tsaxkadzor şəhərində keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı ölkədə bəzi qüvvələrin 300 min azərbaycanlının Ermənistana gələcəyi barədə rəy yaratmağa çalışdığını, lakin bu mövzunu geri dönmədən bağladıqlarını bəyan edib.
O bildirib ki, Ermənistan Bakı, Sumqayıt, Kirovabad və Qarabağı tərk etmiş ermənilərin geri qayıtması məsələsini gündəmə gətirməməlidir, çünki bu, güzgü effekti ilə qarşı tərəfin də analoji tələblər irəli sürməsinə yol açır. Bu addımı Qarabağ ermənilərinə qarşı cinayət adlandıran Paşinyan, hökumətin onların Ermənistanda məskunlaşması üçün milyardlar xərclədiyini, lakin müxalif qüvvələrin buna mane olmağa çalışdığını vurğulayıb.
Sonda baş nazir Vətənin yalnız dövlət sərhədləri daxilində mövcud olduğunu, əks halda Ermənistanın da başqaları üçün Vətən sayıla biləcəyini qeyd edib.