ABŞ-nin regiondakı hərbi bazalarının artıq təhlükəsiz məkanı yoxdur - Xamenei

İran bütün ölkələri və müsəlman dövlətləri dostluğa və yaxşılığa dəvət edir ki, bir-birləri ilə əməkdaşlıqla inkişaf yolunda və məsələlərin həllində birlikdə addım ata bilsinlər.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün Həcc ziyarətçilərinə ünvanladığı müraciətdə bildirib.

Onun sözlərinə görə, region dövlətlərinin və xalqlarının çoxlu sayda potensialı və ortaq mənafeyi vardır. Bu potensial və ortaq mənafe region və dünyanın gələcəyində yeni nizamı formalaşdıracaq.

"ABŞ-nin regiondakı hərbi bazalarının artıq təhlükəsiz məkanı yoxdur və əvvəlki vəziyyətindən daha da uzaqlaşmaqdadır", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31