Kanada: İsrail Vyana Konvensiyasını pozub- ÖZƏL
11:18 DünyaOlaylar.az xəbər verir ki, Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, İsrail "Sumud" beynəlxalq flotiliyasında saxlanılan Kanada vətəndaşlarını konsulluq xidmətlərindən məhrum etməklə 1961-ci il Vyana Konvensiyasını pozub.
Nazirin sözlərinə görə, məsələ İsrailin xarici işlər naziri Gideon Saar ilə müzakirə olunub və saxlanılan şəxslərlə qəbuledilməz rəftar barədə sübutlar təqdim edilib. Kanada tərəfi hadisə ilə bağlı müstəqil araşdırma tələb edib.
Qeyd edək ki, İsrail ordusu Qəzzaya doğru hərəkət edən "Sumud" flotiliyasının gəmilərini beynəlxalq sularda saxlayıb. Məlumata görə, ümumilikdə 430 fələstinpərəst fəal, o cümlədən 12 Kanada vətəndaşı saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31