Türkiyədə demokratik ənənələr zərbələr alsa da , geosiyasi gücünü artırır- ÖZƏL
11:08 Dünya"Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası Özgür Özəlin sədrliyi kifayət qədər güclənirdi. Əkrəm İmamoğlu, Mansur Yavaş və Özgür Özəl üçlüyü CHP növbəti seçimlərdə qələbə əldə etməsi mümkün idi. Türkiyənin inkişafında məhz onun demokratik ənənələrin rolu mühümdür". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Prezident R. T. Ərdoğan Türkiyəni inkişaf etdirib, Azərbaycanla və Türk dünyası ilə kifayət qədər güclü əlaqələr qurur. Məhz Türkiyə R. T. Ərdoğanın liderliyi ilə regional gücdən beynəlxalq siyasi nizama təsir edən ölkə olub.
Artıq CHP əvvəlki partiya olmayacaq. Hakimiyyət CHP parçaladi və zəiflətdi. Özgür Özəl və komandası yeni partiya qurması istisna deyil. K. Klıçdaroğlunun sədrliyi ilə CHP isə, öz qürubunu yaşayacaq. Türkiyə xalqı öz demokratik ənənələrinə sahib çıxacaq.
Türkiyə ötən əsrin 50-ci illərindən 200-cü ilə qədər böhranlı koalisiya hökumətləri və hərbiçilərin çevrilişləri ilə idarə olunub. Bu Qərbin Türkiyəni daima zəif saxlamaq planı idi. Yeni siyasi nizamda Türkiyəyə koalisiya hökumətləri və dava-dalaşlı parlament lazım deyil. Sabit və güclü hakimiyyətlə Türkiyə geosiyasi güc yolunda addımlaya bilər".