Yaxın Şərqdəki qeyri-müəyyənlik fonunda neft qiymətlərində fərqli dinamika – ÖZƏL

Olaylar.az xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında etalon markalı neft qiymətlərində fərqli dinamika müşahidə olunur. İrana edilən yeni zərbələr barədə xəbərlər fonunda "Brent" markalı neftin iyul fyuçersləri Londonun "ICE Futures" birjasında 2,79% bahalaşaraq bir barel üçün 98,82 dollar təşkil edib. 

Digər tərəfdən, ABŞ-də istirahət günü ilə əlaqədar bazar ertəsi ticarəti aparılmayan "WTI" markalı neft isə ABŞ və İran arasındakı sülh danışıqlarının davam etməsi xəbərlərinə reaksiya verərək ucuzlaşıb. Nyu-Yorkun "NYMEX" birjasında "WTI" neftinin iyul fyuçerslərinin qiyməti 4,38% azalaraq bir barelə görə 92,37 dollara enib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31