"Gürcü Arzusu" rəsmisi: Müxalifət alyansının 26 May aksiyası iflasa məhkumdur – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının liderlərindən biri İrakli Kirtsxaliya parlament çoxluğunun iclasından sonra keçirilən mətbuat konfransında müxalifət alyansının müstəqillik günündə planlaşdırdığı etiraz aksiyasını kəskin tənqid edib. O, müxalifətin vahid və məntiqli bir gündəliyinin olmadığını, daxildə ziddiyyətlər yaşadıqlarını və xaricdən gələn təlimatlarla hərəkət etdiklərini bildirib. 

Kirtsxaliya ölkənin Müstəqillik Günündə "ifşa olunmuş agent şəbəkəsinin" aksiya keçirmək cəhdini "traqikomik" adlandırıb və bu ssenarinin aidiyyəti qurumlar tərəfindən çox yaxşı öyrənildiyini vurğulayıb. Onun sözlərinə görə, cəmiyyətin və partiya fəallarının belə dəstəkləmədiyi bu aksiya və lokal maneələr yaratmaq cəhdləri tamamilə uğursuzluqla nəticələnəcək, xalq isə müxalifətin növbəti dəfə acizliyinin şahidi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31