Astana Putinin səfəri və AİB sammiti öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib- ÖZƏL
14:21 DünyaRusiya Prezidenti Vladimir Putinin dövlət səfəri və Avrasiya İqtisadi Birliyinin (AAİB) sammiti ərəfəsində Astanada ictimai təhlükəsizlik və mühafizə tədbirləri gücləndirilib. Hərbi təyyarələr şəhər üzərində təlim uçuşları həyata keçirir.
Olaylar.az xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərbi bazada polis və Milli Qvardiya şəxsi heyətinin ümumi qarnizon paradı keçirilib. "Parad mühüm ictimai-siyasi tədbirlərdən əvvəl şəxsi heyətin ictimai asayişin qorunması, ictimai və yol təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqları yerinə yetirməyə hazırlığını yoxlamaq üçün keçirilib. Tədbir zamanı polis və Milli Qvardiya şəxsi heyətinə paytaxtda təhlükəsizliyin təmin edilməsi, hüquq pozuntularına vaxtında reaksiya verilməsi, yol təhlükəsizliyinin yaxşılaşdırılması və əhali arasında profilaktik işlərin gücləndirilməsi tapşırılıb", - deyə açıqlamada bildirilir.