Çin: NSYM qlobal nüvə təhlükəsizliyi sisteminin əsas sütunudur- ÖZƏL

Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) qlobal nüvə silahlarının yayılmaması sisteminin əsas dayağı olaraq qalır. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirilən brifinq zamanı, bu yaxınlarda başa çatan NSYM İcmal Konfransının nəticələrini şərh edərkən bildirib.
O qeyd edib ki, Çin NSYM-ni beynəlxalq nüvə silahlarının yayılmaması və tərksilah sisteminin təməl daşı, həmçinin müharibədən sonrakı beynəlxalq təhlükəsizlik arxitekturasının ayrılmaz sütunu hesab edir.
Mao Ninqin sözlərinə görə, cari konfrans qlobal strateji balans və sabitliyə ciddi təhdidlərin yarandığı, eyni zamanda çoxtərəfli silahlara nəzarət prosesinin artan siyasiləşməsi və parçalanması şəraitində keçirilib.
Çinli diplomat tərəflərin konkret öhdəlikləri özündə əks etdirən yekun sənəd üzərində razılığa gələ bilməməsindən təəssüfləndiyini də vurğulayıb. Onun fikrincə, bu vəziyyət beynəlxalq təhlükəsizlik və silahlara nəzarət sahəsində mövcud fikir ayrılıqlarını bir daha nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31