Vaşinqton və Tehran arasındakı razılaşma gözləntisi fonunda neft kəskin ucuzlaşıb – ÖZƏL
11:05 DünyaOlaylar.az xəbər verir ki, bazar ertəsi səhər saatlarında Vaşinqton və Tehran arasında Yaxın Şərq münaqişəsinin nizamlanmasına dair sazişin bağlana biləcəyi ilə bağlı nikbinlik fonunda dünya bazarında neft qiymətləri nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul fyuçersləri 5,94 dollar (5,74%) ucuzlaşaraq bir barel üçün 97,6 dollara enib, halbuki ötən cümə günü bu müqavilənin qiyməti 103,54 dollar təşkil etmişdi. Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində isə "WTI" markalı neftin iyul fyuçersləri 5,97 dollar (6,18%) itirərək bir barelə görə 90,63 dollara qədər geriləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31