ABŞ və İran arasında çərçivə sazişi hələ yekun təsdiqini tapmayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Telegraph" qəzetinin anonim ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İranın ali lideri Müctəba Xameneyi iki ölkə arasında əldə olunmuş geniş çərçivə sazişini hələlik yekun olaraq təsdiqləməyiblər. 

Nəşr qeyd edir ki, razılaşmanın tam rəsmiləşməsi üçün liderlərin yekun qərarı mütləqdir və bu proses bir neçə gün çəkə bilər. Fars körfəzindəki mənbələr isə bölgədəki sabitliyi təmin etmək məqsədilə region liderlərinin Trampa atəşkəs təklifini qəbul etməsi üçün çağırış etdiyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31