Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 50-yə çatıb

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.

Olaylar.az  AZƏRTAC-a  istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb.

Hazırda hadisə yerində axtarış işləri davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31