Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib
09:48 DünyaVenesuelada bu ilin fevralında qüvvəyə minən əfv qanunundan sonra 395 məhbus azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez "Venezolana de Televisión" telekanalına açıqlamasında bildirib.
"Hazırda 395 nəfər azad edilib və yaxın saatlarda bu rəqəmin 500-ü keçəcəyini gözləyirik", - deyə Rodrigez qeyd edib.
Onun sözlərinə görə, əfv qanununun tətbiqi nəticəsində ümumilikdə 8426 vətəndaşa tam hüquqi azadlıq verilib, onlara qarşı irəli sürülmüş ittihamlar və hüquqi məhdudiyyətlər ləğv olunub.
Əlavə edib ki, qanun qüvvəyə minənədək də 885 nəfər cinayət məsuliyyətindən azad edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31