Böyük Britaniyada kəşfiyyatın rəhbəri dəyişdi

Adrian Bird Böyük Britaniyanın Birgə Kəşfiyyat Təşkilatının yeni rəhbəri olub.

Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Açıqlamada deyilir ki, Nazirlər Kabineti Baş nazirin təsdiqi ilə Adrian Birdin Birgə Kəşfiyyat Komitəsinin (BKK) yeni sədri və Birgə Kəşfiyyat Təşkilatının (BKT) rəhbəri təyin olunduğunu elan edir.

Sənəddə qeyd olunur ki, Bird üç il bu vəzifədə çalışdıqdan sonra istefa verən Madeleine Alessandrini əvəz edəcək.

Bird hazırda Müdafiə Nazirliyində Müdafiə Kəşfiyyatı direktorudur və əvvəllər yüksək vəzifələrdə çalışıb.

Birdin yeni vəzifəsinin icrasına iyulun 3-də başlayacağı gözlənilir.

Birgə Kəşfiyyat Təşkilatı Böyük Britaniya Nazirlər Kabineti Ofisinin tərkibindəki bir departamentdir və Birgə Kəşfiyyat Komitəsinin nəzdində fəaliyyət göstərir.

Onun səlahiyyətinə Baş nazir, nazirlər və Milli Təhlükəsizlik Şurası üçün müxtəlif kəşfiyyat agentlikləri və departamentlərindən məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31