Patrisiya Menezes: Dəniz səviyyəsinin qalxması sahilyanı şəhərlərə ciddi təsir göstərir
13:22 DünyaDəniz səviyyəsinin qalxması uzunmüddətli və tədricən baş verən bir prosesdir və zəncirvari təsirlərlə kilometrlərcə əraziyə yayılır. Bu, dünya üzrə sahilyanı ərazilərdə yaşayan əhalinin böyük bir hissəsinə ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Braziliyada Dayanıqlı İnkişaf Məqsədləri Şəbəkəsinin həmtəsisçisi Patrisiya Menezes mayın 22-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Belemdən Busana- Dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi" adlı panel sessiyada deyib.
"Əgər biz müxtəlif peşəkar şəbəkələri və idarəetmə strukturlarını bir araya gətirə bilsək, daha düzgün yönəldilmiş dövlət siyasətləri formalaşdıra və effektiv qaydalar tətbiq edə bilərik. Mənim fikrimcə, bütün bu yanaşmaları birləşdirsək, həqiqətən dayanıqlı və davamlı həllər tapa bilərik", - deyə o diqqətə çatdırıb.