Fransa XİN: Avropa NATO-dakı təsirini gücləndirmək niyyətindədir- ÖZƏL
12:36 DünyaABŞ-ın Avropa ölkələrindəki mövcudluğunu nəzərdən keçirməsi fonunda Avropa Şimali Atlantika Alyansı daxilində təsirini gücləndirmək niyyətindədir. Olaylar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu barədə İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirlərinin görüşündə çıxış edərkən bildirib.
"Amerika Birləşmiş Ştatlarının Avropadakı ittifaq daxilində iştirakının və mövcudluğunun səviyyəsini yenidən nəzərdən keçirdiyi an, Fransa və avropalılar üçün orada öz vizyonlarını və potensiallarını inkişaf etdirmək, bir sözlə, NATO-nu avropalaşdırmaq üçün bir fürsətdir", - deyə o bildirib.
Barronun sözlərinə görə, NATO-dakı Avropa ölkələri "tam məsuliyyəti öz üzərlərinə götürürlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31