Papuaşvili: "Gürcüstana qarşı mübarizə aparan hər kəs həbsxanaya düşəcək" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında ölkədə dövlət çevrilişi planlaşdıranların cəzaçəkmə müəssisəsinə düşdüyünü bildirib. 

Papuaşvilinin sözlərinə görə, Gürcüstana və onun maraqlarına qarşı mübarizə aparan hər bir şəxsin tək bir perspektivi var, o da penitensiar müəssisədə təkbaşına qalmaqdır. Parlament sədri qeyd edib ki, hakimiyyəti devirmək niyyətində olanlar öz qurduqları tələyə düşərək hazırda həbs həyatı yaşayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31